azturkxeber.az
http://azturkxeber.az

“SİMA” və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

“SİMA” və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

“SİMA” Rəqəmsal Həllər Platformasının məhsulları “Yelo Bank”ın 3 müxtəlif xidmətinə inteqrasiya edilib.

“AzInTelecom”dan bildirilib ki, bunlar məsafədən bank hesabının açılması, onlayn investisiya və rəqəmsal kart sifarişi xidmətləridir. İndi fərdi sahibkarlar SİMA-nın “KYC Videozəng” həlli vasitəsilə “Yelo Business” tətbiqində məsafədən bank hesabı aça bilərlər. Xidmət tamamilə ödənişsizdir və 5 dəqiqədən az vaxt tələb edir. Yeni istifadəçilər üçün tətbiqdə sənədlərin “SİMA İmza” ilə imzalanması və “SİMA KYC Videozəng” vasitəsilə identifikasiya edilməsi kifayətdir. Bankın cari müştəriləri isə xidmətdən videozəng çağrısı olmadan, sadəcə “SİMA İmza” vasitəsilə yararlana bilərlər.

“Yelo Bank”da SİMA rəqəmsal imza ilə həyata keçirilən daha bir xidmət isə yeni rəqəmsal kartın əldə edilməsidir. Artıq Bankın tətbiqində “Yelo” rəqəmsal kartını “SİMA İmza” ilə anında aktivləşdirərək, filiala getmədən dərhal istifadə etmək mümkündür.

“SİMA” haqqında

“SİMA” Rəqəmsal Həllər Platforması AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb. Platformaya daxil olan “SİMA” rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

“SİMA KYC” isə real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031