azturkxeber.az
http://azturkxeber.az

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

24-08-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Azturkxeber.az xəbər verir ki, onlardan 45,2 min şəxsə ambulator, 20,9 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31