ASAN könüllülərinin “Bilik Karvanı” aksiyası davam edir




“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” aksiyası davam edir.
Azturkxeber.az xəbər verir ki, “BRAVO” marketlər şəbəkəsi ilə birgə əməkdaşlıqla baş tutan və 15 Sentyabr - Bilik Gününə həsr olunan aksiyada vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.
10 sentyabr tarixinədək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilirlər.
Layihə boyunca Azərbaycanın bir çox bölgəsində 200-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.
Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 11000-dən çox uşağın arzusu reallaşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: