azturkxeber.az
http://azturkxeber.az

ASAN könüllülərinin “Bilik Karvanı” aksiyasına start verilib

05-08-2025

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” aksiyası başlayıb.

“ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə 15 Sentyabr - Bilik Gününə həsr olunan “Bilik Karvanı” aksiyası çərçivəsində vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

21 avqust tarixinədək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər.

​“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 300-dən çox uşağa məktəb çantas…

Gündəm

Uşaq İncəsənət Festivalında ikinci seçim mərhələsi başlayıb

Uşaq və yeniyetmələrin yaradıcılıq potensialını dəstəkləmək və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil olunan Uşaq İncəsənət Festivalı çərçivəsində ikinci seçim mərhələsi başlayıb.

Festivalda fərdi iştirakçılar üzrə ümumilikdə 21 559 nəfər qeydiyyatdan keçib. Onlardan 16 117 nəfəri birinci mərhələdə iştirak edib, 8 596 nəfər isə ikinci mərhələyə vəsiqə qazanıb.

Kollektiv iştirakçılar üzrə isə ümumi qeydiyyatdan keçən kollektivlərin sayı 294 təşkil edir. Onlardan 255 kollektiv seçimlərin birinci mərhələsində iştirak edib, 215 kollektiv isə (ümumilikdə 3 032 uşaq olmaqla) növbəti mərhələyə keçib.

İkinci seçim mərhələsi zamanı iştirakçılar üçün müxtəlif istiqamətləri əhatə edən yaradıcı…

Mədəniyyət

Nazir Rəşad Nəbiyev BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirib.

Görüşdə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə və təqaüd proqramlarının təşkili məsələləri müzakirə edilib.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031