azturkxeber.az
http://azturkxeber.az

Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında Ombudsmanın Milli Preventiv Mexanizm mandatına dair hüquqi maarifləndirici tədbir keçirilib

07-08-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin iştirakı ilə “Ombudsmanın Milli Preventiv Mexanizm mandatı işgəncələrin qarşısının alınmasında mühüm vasitə kimi” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirakçılara Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, eləcə də həbs yerlərində saxlanılan şəxslərin, təqsirləndirilən şəxslərin və məhkumların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdən sonra Müvəkkilə müraciət etmək istəyən şəxslərlə konfidensial qaydada fərdi qəbul keçirilib və müraciətləri baxılması üçün qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31