Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt Bakıda sıxlıq müşahidə olunan yolları açıqlayıb.
Azturkxeber.az xəbər verir ki, hazırda 5 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur. Həmin yollar aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: