azturkxeber.az
http://azturkxeber.az

Səfir: "15 İyul Türk xalqının demokratiya və milli iradə uğrunda şanlı zəfəridir"

15-07-2026

15 İYUL – DEMOKRATİYA VƏ MİLLİ BİRLİK GÜNÜ MÜNASİBƏTİLƏ ÇIXIŞ MƏTNİ.

Hörmətli qonaqlar, əziz vətəndaşlarımız!

Bu gün FETÖ terror təşkilatının xalqın seçdiyi Hökumətə, Qazi Məclisə və birbaşa millətimizin iradəsinə qarşı törətdiyi xain dövlət çevrilişi cəhdinin onuncu ildönümündə bir araya gəlmişik. Həmin qaranlıq gecədə Vətəni uğrunda canından keçərək şəhid olan 251 Vətən övladını dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə sonsuz minnətdarlığımı bildirirəm.

2016-cı il iyulun 15-də dövlətimizin ən həssas qurumlarına sızmış xain bir şəbəkə konstitusiya quruluşunu devirmək və ölkəmizi xaosa sürükləmək məqsədi güdmüşdür. Özünü təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında gizlədən bu beynəlxalq cinayət təşkilatı təkcə Türkiyə üçün deyil, fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdididir. Son dövrlərdə təşkilat daxilindən yayılan yeni ifşalar da bu qaranlıq və destruktiv quruluşun əsl simasını bir daha açıq şəkildə ortaya qoymuşdur.

FETÖ təkcə təbliğatla deyil, məkrli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır. Unudulmamalıdır ki, bu quruluşun hədəfi yalnız Türkiyə deyil. Xüsusilə xaricdə dost görkəmi altında cəmiyyətlərə sızmağa, nüfuz qazanmağa və çirkin məqsədlərinə xidmət edən fəaliyyətlərini davam etdirməyə çalışırlar. Buna görə də hamımız hər zaman ayıq-sayıq olmalıyıq.

15 iyul dövlət çevrilişi cəhdini ilk andan etibarən qətiyyətlə pisləyən və ölkəmizin yanında yer alan Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycan dövlətinə və xalqına dərin minnətdarlığımızı bildiririk. Həmin gecə nümayiş etdirdikləri qəti mövqe, eləcə də sonrakı dövrdə dövlət qurumları arasında ən yüksək səviyyədə əməkdaşlıq sayəsində "Bir millət, iki dövlət" prinsipi bir daha təsdiq olundu. Buna görə bütün Azərbaycan rəsmilərinə təşəkkürümüzü ifadə edirik.

Hörmətli qonaqlar!

Xainlərin hesablaya bilmədiyi ən böyük güc Türk millətinin sarsılmaz iradəsi oldu. 15 iyul gecəsi cəmiyyətin bütün təbəqələri ölkəsinə, bayrağına və demokratiyasına sahib çıxmaq üçün vahid məqsəd ətrafında birləşdi. Milli iradənin təcəssümü olan Türkiyə Böyük Millət Məclisini bombalayan terrorçulara ən qəti cavabı tankların qarşısını çılpaq əlləri ilə kəsən xalqımız verdi. 15 iyul Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında demokratiyanın, milli iradənin və müstəqilliyinə vurğun bir millətin şanlı zəfəridir.

Türkiyə Respublikası beynəlxalq hüquqdan irəli gələn hüquqları əsasında dövlət-xalq birliyi ilə bu məkrli terror təşkilatına qarşı ölkə daxilində və xaricdə apardığı uzunmüddətli mübarizəni qətiyyətlə davam etdirəcəkdir. Xaricdə fəaliyyət göstərən nümayəndəliklər olaraq biz də bu təhlükəni bütün dünyaya anlatmaqda davam edəcəyik.

15 iyul qəhrəmanları canları bahasına sübut etdilər ki, Türk milləti müstəqilliyinə yönəlmiş daxili və xarici heç bir təhdid qarşısında əsla təslim olmayacaq.

Bu mənalı gündə demokratiya və müstəqillik uğrunda mübarizə aparan əziz millətimizin hər bir nümayəndəsinə səmimi təşəkkürümü bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Hər birinizi dərin hörmət və ehtiramla salamlayıram.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031