azturkxeber.az
http://azturkxeber.az

İordaniya Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır

15-07-2026

İordaniya Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır

Səhiyyə naziri Teymur Musayev İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər tibbi xidmətlərin təşkili, rəqəmsal səhiyyə, tibb elmi, əczaçılıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Teymur Musayev Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin mövcudluğunu vurğulayıb. Nazir səhiyyə sektorunda da qarşılıqlı təcrübə mübadiləsi, tibbi təhsil, səhiyyə mütəxəssislərinin hazırlanması və elmi-praktik əməkdaşlıq istiqamətlərində əlaqələrin inkişafı üçün əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.

Ömər Bərəkət əl-Nahar Azərbaycan ilə İordaniya arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Səfir səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib.

Görüşün sonunda tərəflər Azərbaycan və İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla aparılacağına əminliklərini ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031