azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

15-07-2026

Dünya çempionatının final matçının fasiləsi 30 dəqiqə olacaq

FIFA ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının finalında oyun qaydalarından kənara çıxacaq.

Azturfkxeber.az “The Times” nəşrinə istinadən xəbər verir ki, iyulun 19-da keçiriləcək həlledici görüşdə hissələrarası fasilə 15 deyil, 30 dəqiqəyə qədər davam edəcək.

Buna səbəb mundial tarixində ilk dəfə təşkil olunacaq fasilə şousudur. Şouda dünyaşöhrətli müğənnilər Madonna, Şakira, Castin Biber, eləcə də Cənubi Koreyanın BTS qrupu çıxış edəcəklər. Proqramın bədii rəhbəri isə "Coldplay" qrupunun solisti Kris Martin olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031