azturkxeber.az
http://azturkxeber.az

Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində “Açıq qapı” günü keçirilmişdir

15-07-2026

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi, ictimaiyyətlə əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir.

Azturkxeber.az xəbər verir ki, “Lənkəran” sərhəd dəstəsində keçirilən növbəti tədbirdə hərbi qulluqçuların valideynləri və yaxınları sərhədçilər üçün yaradılan xidmət və sosial-məişət şəraiti ilə yaxından tanış olmuşlar.

Tədbirdə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində sərhəd mühafizəsi sistemi müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilir, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət qayğısı sərhədçilərin peşəkarlığının artırılmasına, onların mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsinə və xidməti fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verir.

Çıxışlar zamanı valideynlər övladlarının xidmətindən məmnunluqlarını ifadə etmiş, şəxsi heyət üçün yaradılmış şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin davamında xidmətdə fərqlənən hərbi qulluqçular və nümunəvi yanaşma sərgiləyən valideynlər fəxri fərmanla təltif olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.

Daha sonra qonaqlar əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, idman zalı və digər inzibati binalarla tanış olmuş, xidmətin təşkili istiqamətində görülən işləri yerində müşahidə etmişlər.

Tədbirin sonunda valideynlər və hərbi qulluqçuların iştirakı ilə birgə nahar təşkil edilmiş, səmimi söhbətlər aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031