azturkxeber.az
http://azturkxeber.az

Avtovağzal yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verib

15-07-2026

Avtovağzal yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb.

Xəsarət alan olmayıb.

Avtomobilin qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031