azturkxeber.az
http://azturkxeber.az

15 İyul – Demokratiya və Milli Birlik Günü: Qardaşlığın və Milli Həmrəyliyin Zəfəri

15-07-2026

Bu gün iştirak etdiyim tədbirdə 15 İyul – Demokratiya və Milli Birlik Gününün əhəmiyyəti bir daha vurğulandı.

15 iyul 2016-cı il qardaş Türkiyə Respublikasının tarixində dövlətçiliyin, milli iradənin və xalq birliyinin sınağa çəkildiyi gün kimi yadda qaldı. Həmin ağır gecədə Türkiyə xalqı, dövlət rəhbərliyi və demokratik institutlar birlik nümayiş etdirərək ölkənin konstitusiya quruluşunu qorudular.

O gün Azərbaycan xalqı da hadisələri böyük narahatlıqla izləyirdi. Cəmiyyətimiz, dövlətimiz və xalqımız ilk anlardan etibarən qardaş Türkiyənin yanında olduğunu açıq şəkildə ifadə etdi. Bu həmrəylik “Bir millət, iki dövlət” prinsipinin sadəcə bir şüar deyil, ortaq tarixə, ortaq taleyə və qarşılıqlı etimada söykənən möhkəm dəyər olduğunu bir daha göstərdi.

Tarix göstərir ki, dövlətçiliyi hədəfə alan cəhdlər, siyasi qarşıdurmalar və sabitliyi pozmağa yönəlmiş təşəbbüslər heç bir ölkəyə fayda gətirmir. Azərbaycan da müstəqilliyinin ilk illərində mürəkkəb daxili siyasi proseslər yaşamış, xalqımız isə sonda dövlətçiliyin, sabitliyin və milli birliyin tərəfində dayanmağı seçmişdir.

Bu gün də hesab edirəm ki, siyasi baxışından asılı olmayaraq hər bir vətəndaş üçün ən ali dəyər Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və milli maraqları olmalıdır. Güclü dövlət, milli həmrəylik və xalqın birliyi ölkələrimizin təhlükəsizliyinin və inkişafının əsas təminatıdır.

Qardaş Türkiyəyə əmin-amanlıq, qüdrət və davamlı inkişaf arzulayıram. Azərbaycan-Türkiyə qardaşlığı isə daim sarsılmaz olaraq qalacaq.

Milli Məclisin deputatı Cavanşir Paşazadə.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031