azturkxeber.az
http://azturkxeber.az

Türkmənistanla işgüzar əməkdaşlıq müzakirə olunub

14-07-2026

Türkmənistanda keçirilən görüşdə Azərbaycan və Türkmənistan arasında qarşılıqlı ticarətin artırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Türkmənistan Ticarət-Sənaye Palatasının sədrinin müavini Azat Nazarov və Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının Aşqabad şəhəri və Ahal vilayəti üzrə şöbə müdiri Yusup Gılıçdurdıyev ilə görüşüb.

Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Türkmənistan arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı ixrac potensialına malik məhsulların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

Görüşdə yaxın zamanda Türkmənistanın iş adamlarının Azərbaycana biznes missiyasının təşkili, eləcə də missiya çərçivəsində Türkmənistanın ixrac potensialına malik məhsullarından ibarət sərginin təşkili imkanları nəzərdən keçirilib. Bundan başqa, cari ilin sonunadək Azərbaycan-Türkmənistan İşgüzar Şurasının yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031