azturkxeber.az
http://azturkxeber.az

Səbinə Əliyeva: 14 iyul Azərbaycanın milli intibah yolunun başlanğıcıdır

14-07-2026

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz "Facebook " hesabında paylaşım edib.

Azturkxeber.az paylaşımı təqdim edir.

1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizin inkişaf strategiyasının əsasını qoyaraq milli intibah dövrünün başlanğıcını müəyyənləşdirdi.

Məhz həmin dövrdə uzaqgörən dövlətçilik siyasəti, milli maraqlara söykənən idarəçilik prinsipləri və xalqın potensialına inam sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalan respublikalarından birindən ən dinamik inkişaf edən respublikalardan birinə çevrildi. Sənaye, elm, təhsil, kənd təsərrüfatı, mədəniyyət və milli kadr hazırlığı sahələrində əldə olunan mühüm nailiyyətlər gələcək müstəqil dövlətimizin möhkəm təməllərini formalaşdırdı.

14 iyul tarixi Azərbaycanın müasir dövlətçilik ənənələrinin təşəkkül tapmasında, milli özünüdərkin möhkəmlənməsində və müstəqilliyimizin etibarlı siyasi, iqtisadi və mənəvi əsaslarının yaradılmasında xüsusi əhəmiyyətə malik tarixi mərhələ kimi xalqımızın yaddaşında əbədi yaşayır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası dövrün yeni çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Ölkəmizin suverenliyinin daha da möhkəmləndirilməsi, iqtisadi qüdrətinin artırılması, beynəlxalq nüfuzunun yüksəldilməsi və dayanıqlı inkişafının təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilir.

14 iyul – Azərbaycanın milli intibah yolunun başlanğıcı, müasir dövlətçiliyimizin möhkəm təməllərinin qoyulduğu tarixi gündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031