azturkxeber.az
http://azturkxeber.az

14 İyul – Ulu Öndər Heydər Əliyevin Hakimiyyətə Gəlişi və Milli İntibahın Başlanğıcı

14-07-2026

14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkənin gələcək inkişafının əsasını qoydu, milli intibah və dövlətçilik ənənələrinin möhkəmlənməsinə təkan verdi.

Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və digər sahələrində geniş islahatlar həyata keçirildi, iqtisadi potensial gücləndirildi və yüksək ixtisaslı milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Məhz həmin dövrdə əldə olunan nailiyyətlər Azərbaycanın müstəqillik illərində davamlı inkişafı üçün möhkəm təməl rolunu oynadı.

Bu gün 14 iyul təkcə tarixi bir hadisə deyil, həm də Azərbaycan xalqının tərəqqi, dövlətçilik və inkişaf yolunda atdığı mühüm addımların başlanğıcı kimi dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəlsəfəsi müasir Azərbaycanın uğurlarının əsas dayaqlarından biri olaraq yaşayır.

Azturkxeber.az İnformasiya Agentliyinin təsisçisi Sahilə Bayramlı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031