azturkxeber.az
http://azturkxeber.az

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlanıb

13-07-2026

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlanıb

2026-2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu elektron qaydada həyata keçirilir.

Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil proqramı üzrə həmin dövr üçün müəyyən edilmiş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.

Müraciətlərin qəbulu iyulun 19-u saat 18:00-dək davam edəcək.

Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək “Şəxsi kabinet” yaratmalı, istifadəçi adı və şifrə ilə müvafiq bölməyə daxil olduqdan sonra elektron müraciət formasını dolduraraq təsdiqləməlidirlər.

Agentlikdən tələbələrə müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət yetirmələri və proseslə bağlı müəyyən edilmiş müddətlərə riayət etmələri tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031