azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatının loqosu təsdiqlənib

13-07-2026

27 iyul – 2 avqust tarixlərində Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə U17 dünya çempionatının rəsmi loqosu təsdiqlənib.

Azturkxeber.az-ın məlumatına görə, loqo yarışın idman ruhunu, beynəlxalq xarakterini və Azərbaycanın zəngin mədəni irsini özündə birləşdirən vizual konsepsiya əsasında hazırlanıb.

Loqonun mərkəzində yerləşən stilizə olunmuş iki güləşçi fiquru mübarizəni, rəqabəti və idmanın universal dilini ifadə edir. Dinamik kompozisiya güləşin əsas fəlsəfəsini – güc, əzm və ədalətli mübarizə prinsiplərini əks etdirir.

Loqoda üstünlük təşkil edən göy rəng Dünya Güləş Birliyinin (UWW) korporativ vizual üslubunun əsas elementlərindən biridir. UWW mundiallarda brendinqində göy və ağ rəng palitrasından geniş istifadə edir ki, bu da yarışın vizual kimliyini vurğulayır.

Loqonun xarici halqasında istifadə olunan ornamentlər Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanıb. Milli naxışlar Azərbaycanın zəngin mədəni irsini, Qarabağın qədim xalçaçılıq məktəbini və milli sənətin dünya idman səhnəsində tanıdılmasını simvolizə edir. Bununla yanaşı, loqo vasitəsilə beynəlxalq idman tədbirinin Azərbaycanın milli-mədəni dəyərləri ilə vəhdəti nümayiş etdirilir.

Cari ilin ilk güləş mundialında müxtəlif ölkələrdən yüzlərlə perspektivli yeniyetmə idmançı mübarizə aparacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031