azturkxeber.az
http://azturkxeber.az

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

13-07-2026

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sanders ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın gömrük sistemində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub, bu baxımdan beynəlxalq standartların tətbiqi istiqamətində ÜGT ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının modernləşdirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının təmin olunması ilə bağlı həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin regional və beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində gömrük əməkdaşlığının genişləndirilməsi, xüsusilə də Orta Dəhlizin inkişafı və tranzit potensialının gücləndirilməsi məsələlərinə toxunulub.

Görüş zamanı Azərbaycan ilə ÜGT arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov görüşdə iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031