azturkxeber.az
http://azturkxeber.az

Azər İlyasov Litvada gümüş medal qazandı

13-07-2026

Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamızın üzvü, hazırda Litvada təlim-məşq toplanışında olan Azər İlyasov bu ölkənin Şaulyay şəhərində təşkil olunan Açıq Litva çempionatında gümüş medal qazanıb.

Azturkxeber.az-ın məlumatına görə, yerli idmançılarla yanaşı, ABŞ, İsveçrə və İsrail avarçəkənlərinin də mübarizə apardığı yarışda Azər İlyasov 15 idmançının olduğu yarımfinal mərhələsini uğurla dəf edərək həlledici yürüşə vəsiqə qazanıb. Yağışlı və küləkli hava şəraitində baş tutan A finalında isə 2000 metr məsafəni 7 dəqiqə, 52 saniyəyə qət edən təmsilçimiz yalnız yerli idmançıdan geri qalmaqla gümüş medala layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031