Naxçıvanda dövlət icra məmuru vəzifəsinə qəbul üçün test imtahanında 52 namizəd uğur qazanıb
İyulun 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, imtahanda 104 namizəddən 52-si uğur qazanaraq növbəti mərhələdə iştirak şansı qazanıb. Namizədlər test imtahanını yekunlaşdırdıqdan sonra topladıqları balla tanış olmaq imkanı əldə ediblər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, saat 09:00-dan 18:00-dək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları bölməsinə (Naxçıvan şəhəri, İslam Səfərli 1) təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:









