azturkxeber.az
http://azturkxeber.az

Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə ilk test imtahanı keçirilir

12-07-2026

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birgə iyulun 12-də dövlət icra məmuru vəzifəsinə qəbul üzrə test imtahanı keçirir.

İmtahanda namizədlərə ümumilikdə 100 sual təqdim olunub. Onlardan 60-ı icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericilik, 40-ı isə məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqlarını qiymətləndirən suallardır. Qanunvericilik üzrə hər sual 1, digər bölmə üzrə isə hər sual 0,5 balla qiymətləndirilir. Keçid balı 55 müəyyən edilib.

İmtahanda Bakı və regionlardan 523, Naxçıvan Muxtar Respublikasından isə 104 namizəd iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031