azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Alpinizm Federasiyasının İdarə Heyəti beynəlxalq turnirin finalçıları ilə görüşüb

12-07-2026

Azərbaycan Alpinizm Federasiyasının İdarə Heyəti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mikheil Khergiani Cup 2026” beynəlxalq idman dırmanması turnirində final mərhələsinə yüksələn Azərbaycan idmançıları ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə boulderinq növü üzrə qadınlar arasında ikinci yeri tutan Leyla Əhmədova , kişilər arasında üçüncü yerin sahibi Nazim Yusifzadə , eləcə də turnirin final mərhələsinə yüksələn digər Azərbaycan idmançıları və komandanın məşqçisi Çingiz Tağızadə iştirak ediblər.

İdarə Heyətinin üzvləri idmançıları əldə etdikləri nəticələr münasibətilə təbrik edib, onların beynəlxalq yarışlarda uğurlu çıxışının Azərbaycanda idman dırmanmasının inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Görüş zamanı idmançıların hazırlıq prosesi, turnirdəki çıxışları və qarşıdakı yarışlarla bağlı planlar müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan turnirdə iki kişi və iki qadın olmaqla dörd idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla keçərək finala yüksəliblər. Yarışın yekununda Leyla Əhmədova gümüş, Nazim Yusifzadə isə bürünc medal qazanıb.

Görüşün sonunda idmançılara gələcək yarışlarda uğurlar arzulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031