Azərbaycan boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

İyulun 11-də Almaniya Frankfurt (Oder) şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Azturkxeber.az-ın məlumatına görə, U-19 komandamızın baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədov Frankfurtda Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), Səftər Məmmədzadə və Məhəmməd Cəfərova (hər ikisi +90 kq) şans verəcək.
Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovanı (51 kq) yoxlayacaq.
Turnirdə ölkəmizi Elxan Quliyev hakim kimi təmsil edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: