Ombudsman Səbinə Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Paylaşımda qeyd olunub ki, Azərbaycan Ordusu xalqımızın təhlükəsizliyinin, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Güclü ordu yalnız müdafiə vasitəsi deyil, həm də sülhün, sabitliyin və təhlükəsiz gələcəyin əsas təminatıdır.
Ombudsman bildirib ki, bu əlamətdar gündə Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün hərbi qulluqçularımızı təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir.
“Güclü ordu sülhün təminatçısıdır!” – deyə paylaşımda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: