Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb
Energetika naziri Pərviz Şahbazov Ağdam Muğam Mərkəzində vətəndaşlarla görüşüb.
Nazirlikdən Azturkxeber.az-a bildirilib ki, görüşdə vətəndaşların elektrik şəbəkəsinə qoşulma, kabelləşmə və elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Bərdə, Ağdam, Tərtər rayonlarından olan vətəndaşlar iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

