azturkxeber.az
http://azturkxeber.az

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşüb

10-10-2025

Energetika naziri Pərviz Şahbazov Naxçıvanda "Naxçıvan Enerji" MMC-nin inzibati binasında vətəndaşlarla görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, transformatorun və elektrik dirəklərinin yerinin dəyişdirilməsi, qeyri-yaşayış sahəsinin enerji təchizatı, mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Şahbuz və Şərur rayonlarından olan 11 vətəndaş iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031