azturkxeber.az
http://azturkxeber.az

Energetika naziri Samuxda vətəndaşların müraciətlərin dinləyib

12-09-2025

Energetika naziri Pərviz Şahbazov Samux rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, sayğacların quraşdırılması, elektrik dirəklərinin istismar vəziyyəti, mühafizə zonaları, elektrik enerjisinin keyfiyyəti, qaz təchizatında fasilələr, küçə işıqlandırılması, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Gəncə, Göygöl, Şəki şəhərləri və Abşeron, Samux, Goranboy rayonlarından olan 34 vətəndaş iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930