azturkxeber.az
http://azturkxeber.az

Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad olunmuş ərazilərdə keçirilən təlimlər davam edir

24-06-2026

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların yerli sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsində səmərəliliyin artırılması məqsədilə həyata keçirilən təlim proqramı davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, təlimlər Xocalı rayonunun Təzəbinə və Xanabad kəndlərini, eləcə də Ağdərə rayonunun Suqovuşan qəsəbəsini əhatə edir.

Təlimin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı yanaşmalarının təşviqi, torpaq və su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, həmçinin rəqabətqabiliyyətli və dayanıqlı təsərrüfatların formalaşdırılmasına dəstək verməkdir. Bununla yanaşı, iştirakçıların rəqəmsal kənd təsərrüfatı xidmətlərindən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dövlət dəstəyi mexanizmlərindən daha effektiv yararlanması və müasir aqrar texnologiyaların tətbiqi üzrə biliklərinin genişləndirilməsi də əsas prioritetlər sırasındadır.

Təlimlər çərçivəsində iştirakçılara elektron kənd təsərrüfatı sistemləri, meyvəçilik və tərəvəzçilik, bitkiçilik və əkinçilik sahələrində müasir yanaşmalar, kənd təsərrüfatı texnikasından səmərəli istifadə üsulları, təsərrüfatların düzgün təşkili, müasir suvarma sistemləri, yem bitkilərinin becərilməsi, eləcə də iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri barədə ətraflı məlumat verilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət zamanı riayət olunmalı davranış qaydaları və mövcud dövlət dəstəyi mexanizmlərindən istifadə imkanları da iştirakçıların diqqətinə çatdırılır.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafına yönəlmiş təlim proqramları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilmiş metodiki yanaşmalar əsasında hazırlanaraq, aqrar sahədə tətbiq olunan qabaqcıl təcrübələrə uyğun şəkildə həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930