azturkxeber.az
http://azturkxeber.az

Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

23-06-2026

Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

Hazırda Hacıqabul Sənaye Parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Azturkxeber.az-a bildirilib ki, bu günədək Park üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib. Satışın 10,3 milyon manatı ixracın payına düşür. Parkda, həmçinin 576 daimi iş yeri yaradılıb.

Hacıqabul Sənaye Parkı ölkəmizin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır. Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930