azturkxeber.az
http://azturkxeber.az

Bakıda “Süni intellekt dövründə insan hüquqları” mövzusunda Beynəlxalq Bakı Sammiti keçirilir

18-06-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakı şəhərində 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti öz işinə başlayıb.

Azturkxeber.az-ın məlumatına görə, tədbirdə 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının, bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə süni intellekt və insan hüquqları sahəsində tanınmış ekspertlər iştirak edirlər.

Sammitdə rəqəmsal məkanda hüquqların qorunması, məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə, süni intellektin əmək bazarına və məşğulluğa təsiri, süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik, rəqəmsal savadlılıq mövzularında panel sessiyalar təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930