azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Monteneqro Ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

18-06-2026

Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının Müdafiəçisi Sinişa Byekoviç arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Azturkxeber.az xəbər verir ki, Memorandum təsisatlar arasında insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə, birgə praktiki və elmi-araşdırma fəaliyyətinin gücləndirilməsinə, eləcə də hər iki tərəf üçün aktual olan istiqamətlərdə maarifləndirmə işlərinin aparılmasına xidmət edir.

Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930