azturkxeber.az
http://azturkxeber.az

Abşeronda oğurluq edən şəxslər saxlanılıblar

18-06-2026

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.

Azturkxeber.az xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib.

Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930