azturkxeber.az
http://azturkxeber.az

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

15-06-2026

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Uzaqmənzilli səsdən sürətli Tu-22M3 bombardmançı təyyarəsi planlı təlim-məşq uçuşu zamanı eniş edərkən İrkutsk vilayətində qəzaya uğrayıb.

Azturkxeber.az Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təyyarənin ekipajı katapult edib, yerdə isə hər hansı dağıntı qeydə alınmayıb.

Nazirlikdən bildirilib ki, uçuş döyüş sursatı olmadan həyata keçirilib. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələri Baş Komandanlığının komissiyası fəaliyyət göstərir.

Mediada yayılan məlumata görə, təyyarə Anqara çayının sahilində yerləşən Svirsk şəhəri yaxınlığında qəzaya uğrayıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza yerində güclü tüstülənmə müşahidə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930