azturkxeber.az
http://azturkxeber.az

“Odlar Yurdu” dünya çempionatında Azərbaycanı təmsil edəcək

15-06-2026

17-22 iyun tarixlərində Honq Konqda şahmatın rapid və blits növü üzrə komandalar arasında dünya çempionatı keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, Azərbaycanı yarışda “Odlar Yurdu” komandası təmsil edəcək.

“Odlar Yurdu” komandasına dəvət olunan şahmatçılarla sizi tanış edirik: Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov. Rauf Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirəcək.

Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova dünya çempionatında baş hakimin müavini olacaq.

Qeyd edək ki, qaydalara əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930