azturkxeber.az
http://azturkxeber.az

Fərid Qayıbov və Franklin Kardiyo idman əməkdaşlığını müzakirə ediblər

15-06-2026

İyunun 15-də gənclər və idman naziri Fərid Qayıbov ilə Venesuela Bolivar Respublikasının idman üzrə xalq hakimiyyəti naziri Franklin Kardiyo arasında onlayn formatda görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüşdə iki ölkə arasında idman əlaqələrinin genişləndirilməsi, yüksək nəticəli idman sahəsində təcrübə mübadiləsi, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq istiqamətində texniki əməkdaşlıq imkanları və idman sahəsində Anlaşma Memorandumunun imzalanması perspektivləri müzakirə olunub. Həmçinin idmançı mübadilə proqramları, gimnastika, boks, taekvondo və güləş növləri üzrə əməkdaşlıq, eləcə də idman texnologiyaları və tətbiqi elmlər sahəsində potensial birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Venesuelanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kristofer Martinezz Berroteran da iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930