Qadın millimiz Avropa Kuboku 2026-nın final mərhələsində !

14 iyun Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub.
Azturkxeber.az xəbər verir ki, seçmə mərhələnin final oyununa vəsiqə qazanan qadın millimiz, gərgin final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb.
Turnirin final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: