Məhəmməd Muradlı UzChess Cup-da vaxtından əvvəl çempion oldu
Özbəkistanda keçirilən ənənəvi beynəlxalq UzChess Cup şahmat turniri başa çatmaq üzrədir.
Azturkxeber.az xəbər verir ki, yarışın "Challenge" bölməsində qalib son turdan əvvəl müəyyənləşib. Azərbaycan çempionu Məhəmməd Muradlı 7 turda maksimum nəticə göstərərək 7 xal toplayıb və birinci yeri vaxtından əvvəl təmin edib.
M.Muradlı son turda Özbəkistan təmsilçisi Jakhongir Vakhidov ilə üz-üzə gələcək. Görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan şahmatçısı turniri lider kimi başa vuracaq və çempionluğunu qoruyacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: