Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslər ləğv edilib
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.
Azturkxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.
Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
