azturkxeber.az
http://azturkxeber.az

AZAL bir sıra aviareysləri ləğv edib

16-06-2025

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin iyunun 16-da həyata keçirilməsi planlaşdırılan bir sıra reyslər ləğv olunub.

AZAL-dan bildirilib ki, ləğv olunan reyslər aşağıdakılardır:

• Bakı – Dammam – Bakı (J2 8205/8206)

• Bakı – Bəhreyn – Bakı (J2 505/506)

• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

• Bakı – Lahor – Bakı (J2 145/146)

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə vaxtında və operativ şəkildə məlumatlandırılacaqlar.

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30