“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatı - YENİLƏNİB
Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib:
• Bakı-Lahor-Bakı
J2 145/146
• Bakı-Mumbai-Bakı
J2 059/060
• Bakı-Dammam-Bakı
J2 8205/8206
AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.