“Makedon” obrazının ifaçısı Ağil Ağacanov vəfat edib

Bakıda tanınmış aktyor Ağil Ağacanov vəfat edib. O, 77 yaşında dünyasını dəyişib.
Azturkxeber.az-ın məlumatına görə, Ağil Ağacanov geniş tamaşaçı sevgisini kult sayılan “Bizim Cəbiş müəllim” filmində canlandırdığı Makedon obrazı ilə qazanmışdı. Sonralar o, “Yuxu” filmində də rol alıb.
Kino fəaliyyətindən əlavə, Ağil Ağacanov Bakı qəsəbələrində kabab ustası kimi də yaxşı tanınırdı. Onun hazırladığı kabablar yerli sakinlər arasında böyük rəğbət qazanmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: