azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan cüdoçusu Qratsda Avropa Kubokunun çempionu oldu

31-05-2026

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib. Yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.

Azturkxeber.az -ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. Cüdoçumuz finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan milli komandamız medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031