azturkxeber.az
http://azturkxeber.az

Qalib Azərbaycanın Qarabağda Yazdığı Yeni Tarix

30-05-2026

Müstəqillik günündə Prezident cənab İlham Əliyevin Xankəndi, Şuşa və Xocalıya səfəri olduqca zəngin oldu və maraqlı anlarla yadda qaldı. Əvvəlki səfərlərdə olduğu kimi ölkə başçımız bu dəfə də Xankəndi və Xocalıda yeni istehsal müəssisələrinin açılışında iştirak etdi.

2020-ci il Vətən müharibəsində qazandığımız böyük Qələbədən sonra Prezident cənab İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda böyük yenidənqurma və bərpa işlərinə start verildi. Görülən bütün işlərə Prezident cənab İlham Əliyevin şəxsən nəzarət etməsi və diqqətdə saxlaması xüsusi önəm daşıyır. Şəhər və kəndlərimizin bərpası Prezidentimiz tərəfindən təsdiq edilmiş Baş Plana uyğun həyata keçirilir. Artıq işğaldan azad edilmiş ərazilərimizdə minlərlə soydaşımız öz evlərinə qayıdıblar. Öz doğma torpaqlarına dönən soydaşlarımız müasir, olduqca rahat və geniş ev və mənzillərlə təmin olunurlar. Ən əsası geri dönən sakinlərin məşğulluq məsələsi tam şəkildə həll olunur. Xankəndi və Xocalıda yaradılan yeni istehsal müəssisələrində yüzlərlə yeni iş yeri yaradılmışdır ki, burada yerli sakinlərlə yanaşı ətraf rayonların sakinləri də işlə təmin olunur. Xocalıda "Qarabağ Tekstil Evi"nin fəaliyyətə başlaması regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Müəssisədə istehsal olunan tekstil məhsulları daxili tələbatı ödəməklə yanaşı xarici dövlətlərə də ixrac olunması nəzərdə tutulur. Qarabağda bu cür böyük müəssisələrin yaradılmasına dövlət tərəfindən böyük dəstək göstərilir ki, bu da sahibkarların işğaldan azad edilmiş ərazilərimizdə istehsal və emal müəssisələrini yaratmağa böyük stimul verir.

Ölkə başçımız Şuşanın Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə olduqca səmimi görüş keçirtdi. Görüş zamanı Prezidentimiz bir daha vurğuladı ki, bu gün Azərbaycan tam müstəqil, həm siyasi,həm də iqtisadi cəhətdən güclü və güdrətli bir dövlətdir. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan dövlətinin böyük siyasi və iqtisadi gücünün nəticəsidir ki, ölkəmiz suverenliyi və ərazi bütövlüyünü tam bərpa etdi. Bu gün də Azərbaycan öz iqtisadi gücü hesabına işğaldan azad edilmiş ərazilərimizdə sürətli şəkildə yenidənqurma işlərini həyata keçirir.

Prezident cənab İlham Əliyev çıxışında vurğuladığı kimi ötən əsrin 90-cı illərinin əvvəllərində AXC- Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün ölkəmizi vətəndaş müharibəsi vəziyyətinə çatdırdı ki, bunun da nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal edilməyə başladı. Bundan sonra hakimiyyətə gələn AXC- Müsavat gütlüyünün rəhbərliyinin səriştəsizliyi və satqınlığı nəticəsində ermənilər digər şəhər və kəndlərimizi işğal etdi. Xalqımızın haqlı tələbi ilə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra güclü Azərbaycan dövlətinin əsasını qoydu. Bu irsi uğurla davam və inkişaf etdirən Prezident cənab İlham Əliyev Azərbaycanı tək regionda deyil, dünyada güclü dövlətə çevirdi. 2020-ci il Vətən müharibəsində qazandığımız Zəfər və 2023-cü ildə antiterror tədbirlərindəki qəti gələbəmizdən sonra Qarabağ və Şərqi Zəngəzurun hər bir şəhər və kəndində Azərbaycan bayrağı dalğalanır. Cənab İlham Əliyevin bəyan etdiyi kimi "Biz əbədi olaraq bu torpaqlarda yaşayacağıq".

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031