Millimiz Fransanı məğlub edərək qrup lideri oldu



Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Azturkxeber.az xəbər verir ki, bu gün Azərbaycan millisi Fransa ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın heyətində Elvin Əlizadə ilə Ramiz Çovdarov fərqləib. Digər qolu isə rəqib öz qapısına vurub.
Xallarını 9-a yüksəldən millimiz 1/8 finala yüksəlib. Azərbaycan seçməsi bu raundda Qazaxıstanla qarşılaşacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: