Bu gün Mirzə Ələkbər Sabirin anadan olmasının 164 ili tamam olur.

Mirzə Ələkbər Sabir (Ələkbər Tahirzadə) “Molla Nəsrəddin” jurnalında 36 gizli imza ilə çıxış edib. “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyib. Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır.
Azturkxeber.az xəbər verir ki, o, 10-11 yaşlarında “Tutdum orucu irəmazanda” şeirini yazıb. “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin”, uşaqlar üçün “Gəl, gəl, a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və s. kimi şeirlərin müəllifidir. Mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır. Şairin Şamaxıda açdığı “Ümid” adlı ibtidai məktəbdə təxminən 60 şagird ana dili və şəriət dərsləri ilə yanaşı hesab, coğrafiya, təbiət, nəğmə kimi dünyəvi fənləri də öyrənmək imkanı qazanıb.
Böyük şair Mirzə Ələkbər Sabir 1911-ci ildə vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: