WUF13 iştirakçılarının daşınması üzrə 68 mindən çox sərnişinə xidmət göstərilib

WUF13 çərçivəsində qonaqların və tədbir iştirakçılarının avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin olunub.
Azturkxeber.az-ın məlumatına görə, forumun keçirildiyi 17–19 may tarixlərində HUB-lar və tədbir məkanı arasında avtobuslarla ümumilikdə 3 260 səfər həyata keçirilib, 56 858 sərnişin daşınıb.
Ümumilikdə isə tədbirlə bağlı daşımalar başlayandan indiyədək 5 555 səfər icra olunub və 68 263 sərnişinə xidmət göstərilib.
Daşımalara ümumilikdə 180 avtobus cəlb edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: