azturkxeber.az
http://azturkxeber.az

III MDB Oyunları çərçivəsində avtobuslarla 19 minə yaxın idmançı və nümayəndə heyəti üzvü daşınıb

07-10-2025

III MDB Oyunları çərçivəsində avtobuslarla 19 minə yaxın idmançı və nümayəndə heyəti üzvü daşınıb

III MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Azərbaycana gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 avtobus cəlb edilib.

24 sentyabr – 6 oktyabr tarixlərində 159 reys həyata keçirilib, 2000-dən çox idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə daşınması təmin olunub. Yarışları bitirən 550-dən çox idmançı və nümayəndə heyəti üzvünün isə hava limanlarına geri daşınması həyata keçirilib. Həmçinin tədbirlərin keçirildiyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 3850 reys həyata keçirilib, 16 min 400 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.

Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyətini dava






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031