Elektron ticarət dövriyyəsi 100 milyon manata yaxınlaşdı

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 97,8 milyon manat təşkil edib.
Azturkxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 17,8 faiz artım deməkdir.
Məlumata görə, hesabat dövründə ölkə üzrə ümumi pərakəndə ticarət dövriyyəsi 20,1 milyard manat olub. Bunun 0,49 faizi informasiya sistemləri — internet, ekstranet və digər rəqəmsal platformalar vasitəsilə həyata keçirilən alış-veriş əməliyyatlarının payına düşüb.
Mütəxəssislər elektron ticarətdə müşahidə olunan artımı rəqəmsal ödəniş imkanlarının genişlənməsi, onlayn alış-verişə marağın yüksəlməsi və internet üzərindən xidmətlərin daha əlçatan olması ilə əlaqələndirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: