azturkxeber.az
http://azturkxeber.az

Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb

20-05-2026



Bu münasibətlə keçirilən açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, idman direktoru Kamran Talıbov, gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli və digər rəsmilər iştirak ediblər.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr mövcuddur. Burada 150-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031