azturkxeber.az
http://azturkxeber.az

Şabranda Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb

16-10-2025

Şabranda Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib ki, mərkəzin açılışında gənclər və idman naziri Fərid Qayıbov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və digər rəsmilər iştirak ediblər.

Müasir standartlara cavab verən mərkəz tatamilərlə təchiz edilib, hazırlıq zonasında cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları quraşdırılıb. Tataminin ümumi ölçüsü 200 kvadratmetr sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası 2022-2025-ci illərdə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli və Zaqatalanın Mosul kəndində cüdo zalları açıb. Növbəti cüdo zallarının isə Masallı, Cəlilabad, Qobustan və Siyəzəndə istifadəyə verilməsi planlanır. Bakı və regionlardakı 158 idman zalına Azərbaycan Cüdo Federasiyası tərəfindən 2022-ci ildən etibarən 11704 tatami verilib və 2430 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031